İranın XİN başçısı İsraili hədələdi

saytların hazırlanması

Evə çatdırılma

İranın XİN başçısı İsraili hədələdi

Dünya

27 Mart 2026 23:22 482


“İsrail İranın ən böyük 2 poladəritmə zavodunu, bir elektrik stansiyasını və mülki nüvə obyektlərini, habelə digər infrastruktur sahələrini vurub". 

“Yeni Sabah” xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi “X” sosial şəbəkə hesabında yazıb.

"İsrail ABŞ ilə koordinasiyalı şəkildə hərəkət etdiyini iddia edir. Hücum ABŞ Prezidentinin diplomatiya üçün uzatdığı müddətə ziddir. İran İsrailin cinayətlərinə görə ağır bədəl ödətdirəcək”, - XİN başçısı bildirib.  Dominos pizza

Aytac Əliyeva 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!