İranın Zəngəzur dəhlizinə etirazı: Zaxarova münasibət bildirdi

saytların hazırlanması

Evə çatdırılma

İranın Zəngəzur dəhlizinə etirazı: Zaxarova münasibət bildirdi

Dünya

11 Sentyabr 2024 17:52 788


Rusiya Xarici İşlər Nazirliyi (XİN) İran rəsmilərinin Zəngəzur dəhlizi ilə bağlı Rusiyaya etirazlarına münasibət bildirib.

Yenisabah.az xəbər verir ki, Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə 10 noyabr 2020-ci il bəyanatının müddəaları ilə bağlı mövqeyi rəsmi Tehranın nümayəndələrinə çatdırdıqlarını bildirib.

“Biz öz mövqeyimizi ətraflı bildirmişik. Biz eləcə də bu mövqeyimizi diplomatik kanallarla Tehrana da çatdırmışıq. Rusiyanın region ölkələrinin suverenliyinə hörmətlə bağlı mövqeyində heç bir uyğunsuzluq yoxdur və ola da bilməz. Təkcə region ölkələrinin suverenliyinə deyil, ümumiyyətlə, ölkələrin suverenliyinə hörmət bizim baza prinsipimizdir”, - Rusiya XİN sözçüsü vurğulayıb. pizza hut


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!