İranla dalaşmaq üçün yeni səbəb var? - Xalça sərgisinə görə tozanaq qalxdı

saytların hazırlanması

Evə çatdırılma

İranla dalaşmaq üçün yeni səbəb var? - Xalça sərgisinə görə tozanaq qalxdı

Mədəniyyət

07 İyun 2025 12:04 1434


Haaqa bələdiyyəsində (Niderland) Azərbaycan xalçalarının tanıdılması ilə bağlı tədbir Bakı-Tehran münasibətlərini yenidən gərginləşdirə bilər. Çünki bu tədbirdə Təbriz və Ərdəbil xalçaları Azərbaycan Respublikasının mədəni irsi kimi təqdim edilib.

Yenisabah.az xəbər verir ki, mayın 22-də keçirilmiş sərgi sosial şəbəkələrdə kəskin ifadələr və ittihamlar doğurub.

İran Tarixi və İrsi Dərnəyinin rəhbəri Siyamək Səhhafi rəsmi Tehranın mədəniyyət qurumlarını susqunluğa görə tənqid edib. Dördpendirli pizza

O, Bakının davranışını "gülünc" adlandıraraq, İran mədəniyyət rəsmilərinin susmasını “səriştəsizlik” və “cahillik” əlaməti sayıb.

Xatırladaq ki, Haaqadakı sərginin təşkilatçısı Azərbaycanın iderlanddakı səfirliyi və “Azərxalça” şirkətidir.

Nümayiş olunan Təbriz və Ərdəbil xalçaları 16-17-ci əsrlərə aiddir. Onlardan biri xüsusilə məşhurdur. O, Təbriz məktəbinə aiddir və Ərdəbildəki Şeyx Səfiəddin məzarı üçün toxunub.

Əziz Rzazadə

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!