İranla sərhəddə əməliyyat - Tutulanlar var 

saytların hazırlanması

Evə çatdırılma

İranla sərhəddə əməliyyat - Tutulanlar var 

Maraqlı

06 Dekabr 2023 11:52 638


Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsi İrandan Azərbaycana 40 kiloqramdan çox narkotik keçirilməsinin qarşısını alıb. 

Bu barədə Yenisabah.az-a DSX-dan məlumat verilib. 

Bildirilib ki, dekabr ayının 5-də saat 11:40-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin Zəngilan rayonunun Bartaz kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində sərhəd naryadının sayıqlığı nəticəsində külli miqdarda narkotik vasitənin qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb.  pizza hut

Keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində ərazidə gizlədilmiş ümumi çəkisi 40 kiloqram 158 qram narkotik vasitə marixuana aşkar olunaraq götürülüb. 

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!