Azərbaycanın Tehrandakı səfirliyi ilə bağlı baş verənlərlə bağlı çoxlu anlaşılmazlıqları olub və bildiyiniz kimi, bu, şəxsi qəsd-qərəz xarakter daşıyıb.
Yenisabah.az ISNA-ya istinadla xəbər verir ki, bunu İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian deyib.
O, məskən ölkənin xarici diplomatik nümayəndəliklərin təhlükəsizliyinə görə üzərinə düşən məsuliyyətə toxunub: pizza mizza
"Biz bu baxımdan öz məsuliyyətimizi dərk edirik və bu istiqamətdə heç bir uğursuzluq olmayıb".
Əmir Abdullahian bildirib ki, Qoşulmama Hərəkatı çərçivəsində xarici işlər nazirlərinin görüşündə iştirak etmək üçün Azərbaycana səfərim zamanı Azərbaycan Prezidenti İlham Əliyev və vəzifədaşı Ceyhunm Bayramovla ikitərəfli münasibətlər və s. məsələlərlə bağlı geniş məsləhətləşmələr aparıb:
“Bu yaxınlarda İranın məhkəmə hakimiyyəti heyəti (İran baş prokurorunun müavini - red.) səfirliyə hücum məsələsini araşdırmaq üçün Bakıya səfər etmişdi. Tehranda İranın məhkəmə heyəti baş verənləri araşdırmışdı və mən bu yaxınlarda Azərbaycana səfərim zamanı Azərbaycan hakimiyyətinə istintaqa dair hesabatı təqdim etdim. İstintaqın davamı üçün Bakıda olan şəxslərə dair daha dolğun araşdırma tələb edirdi və İranın məhkəmə heyəti də bununla bağlı Bakıya səfər etdi, Prosesin bu mərhələsi başa çatdı və ümid edirik ki, tezliklə bununla bağlı məhkəmə hökmü çıxarılacaq".
Xarici işlər naziri Azərbaycanın Tehrandakı səfirliyinə hücumla bağlı ədliyyə orqanlarının araşdırmasına toxunub: "İranın ədliyyəsi müstəqil bir qurumdur və aparılan araşdırmalar əsasında öz hökmünü verəcək. Ədalətin təmin olunması və məhkəmənin müstəqilliyinin də nəzərə alındıqda təqsirkar mütləq ən ağır cəzanı alacaq".
Telegram kanalımız