İraq hökuməti istefaya gedir

saytların hazırlanması

Evə çatdırılma

İraq hökuməti istefaya gedir

Dünya

30 Noyabr 2019 09:30 1161


İraq baş naziri Adil Əbdülmehdi istefa verəcəyini elan edib. 

“Yeni Sabah” xəbər verir ki, cümə günü ölkənin ən nüfuzlu din xadimi Ayətullah Əli Sistaninin çağırışından sonra çıxış edan baş nazir istefasını məclisə təqdim edəcəyini bildirib. 

Sistaninin təmsilçisi Əhməd əs-Safi bildirib ki, hökuməti seçən parlament seçimlərini yenidən nəzərdən keçirib İraqın maraqları tələb edəni etməlidir. İraq xalqı üzərində böyük nüfuza malik din adamının bu çağırışı baş nazir üçün ciddi siqnal olub. Gecə saatlarında Adil Əbdülmehdi istefa verəcəyini bəyan edib, amma o təqvim qeyd etməyib.  Dominos pizza

Baş nazirin bu açıqlaması isə Təhrir meydanında sevinclə qarşılanıb. 

İraqda oktyabrın 1-dən başlayan etirazlarda ölənlərin sayı 400 nəfəri keçib. Xüsusən də son iki gündə 40-dan çox insan aksiyalar zamanı polislə toqquşmalarda öldürülüb. 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!