İraq parlamenti xarici qoşunların ölkədən çıxarılması barədə qərar qəbul etdi

saytların hazırlanması

Evə çatdırılma

İraq parlamenti xarici qoşunların ölkədən çıxarılması barədə qərar qəbul etdi

Dünya

05 Yanvar 2020 16:22 1132


İraq parlamenti ölkə ərazisində xarici hərbi qüvvələrlə bağlı yeni qərar qəbul edib.

"Yeni Sabah" xarici KİV-ə istinadən xəbər verir ki, millət vəkilləri xarici hərbi qüvvələrin bu ölkədə fəaliyyətinin dayandırılmasına səs verib.

Həmçinin bildirilir ki, İraq parlamenti eyni zamanda İŞİD-lə mübarizə üzrə koalisiya ilə imzalanmış sazişin qüvvədə olma müddətinin dayandırılmasına səs verib. Onlar xarici qoşunların ölkə ərazisindən çıxarılmasını istəyiblər.  Sezar pizza

Xatırladaq ki, yanvarın 3-də gecə Bağdad aeroportu yaxınlığında ABŞ-ın hava zərbələri nəticəsində İran İslam İnqilabı Keşikçiləri Korpusunun xüsusi təyinatlı Qüds Qüvvələrinin komandanı general Qasim Süleymani və İraqın könüllü “Həşdi-Şaabi” qruplaşmasının komandir müavini Əbu Mehdi Əl-Mühəndis daxil olmaqla, 10 nəfər öldürülüb.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!