İrəvan-Culfa yolu da açılacaqmı? - Petrovdan mühüm şərh

saytların hazırlanması

Evə çatdırılma

İrəvan-Culfa yolu da açılacaqmı? - Petrovdan mühüm şərh

Siyasət

27 Noyabr 2021 23:58 1410


Konkret addımlar gələn həftə üç ölkənin baş nazirlərinin müavinləri tərəfindən açıqlanacaq, lakin, düşünürəm ki, Rusiya, Azərbaycan və Ermənistan liderləri kommunikasiyaların açılması üzrə işlərin praktiki, təqvim planını müzakirə edib və razılaşdırıblar.

Yenisabah.az xəbər verir ki, bunu “Vestnik Kavkaza” agentliyinin Baş direktorunun müavini, ekspert Andrey Petrov deyib.

"Vladimir Putin üçtərəfli qrupun işinin məhsuldarlığını əbəs yerə qeyd etmədi - il ərzində bu planın işlənib hazırlanması üçün vaxt olub. Gözləmək olar ki, kommunikasiyalar sinxron, birtərəfli bərpa olunmaqla açılacaq. Deyək ki, Naxçıvan üzərindən İrəvan-Culfa yolu olmayacaq. Belə ki, yeni bəyanatda bundan əvvəlki iki bəyanata sadiqlik təsdiqlənib, Zəngəzur dəhlizinin açılmasının təqvim planına salınacağına heç bir şübhə yoxdur. Nikol Paşinyan bu öhdəliyə bir daha imza atdı", - Petrov qeyd edib./Axar.az pizza mizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!