İrəvan dünyanın gözü qarşısında işğalı rəsmiləşdirmək istəyir

saytların hazırlanması

Evə çatdırılma

İrəvan dünyanın gözü qarşısında işğalı rəsmiləşdirmək istəyir

Rəsmi

11 İyun 2020 16:09 1058


Ermənistanın Azərbaycana qarşı təxribatları davam edir. Yenisabah.az xəbər verir Şuşadakı “inaqurasiya təxribatı”ndan sonra rəsmi İrəvan indi də Azərbaycanın işğal olunmuş əraziləri üzərindən Dağlıq Qarabağa yol çəkir. Yeni yol işğal altında olan Qubadlı və Cəbrayıl rayonlarını keçərək Ermənistandakı Kapan rayonunu Dağlıq Qarabağın Hadrut rayonu ilə birləşdirəcək.

Ermənistanın bu addımı faktiki olaraq atəşkəs rejimini və sülh danışıqlarını pozmaq cəhdidir. Ermənistanın atəşkəs sazişi və sülh danışıqları prosesində işğal olunmuş ərazilərdə, döyüş xəttində infrastruktur layihələri, yaşayış məskənləri inşa etməsi, süni məskunlaşma aparması beynəlxalq qanunvericiliyə əsasən qadağandır. Bununla da bağlı BMT-nin bir sıra qətnamə və qərarları mövcuddur. 

Digər tərəfdən, Ermənistanın bu addımı, hətta Dağlıq Qarabağ Muxtar Vilayəti ərazisinə daxil olmayan Azərbaycan rayonlarından keçən yol inşa etməsi danışıqlar prosesinə inanmadığını və yaxın illərdə bu əraziləri boşaltmaq fikrində olmadığını göstərir. Başqa sözlə, Ermənistan öz davranışları ilə danışıqları sadəcə imitasiya etdiyini, müxtəlif vasitələrlə prosesi ləngitməyə çalışdığını sübut edir. Sezar pizza

Artıq Avropa Parlamentinin (AP) Azərbaycan üzrə məruzəçisi Jelena Zavko, Ermənistan üzrə məruzəçisi Traian Basesku və AP-nin Azərbaycan, Gürcüstan və Ermənistan üzrə Parlament Əməkdaşlıq Komitəsinin həmsədri Mariya Kalyurand bununla bağlı birgə bəyanat qəbul edib.

Bəyanatda qeyd olunur ki, magistralın inşası qərarı, Azərbaycanın səlahiyyətli orqanlarının razılığı olmadan alınıb və beynəlxalq hüquq pozulub. Bundan əlavə, bu addım Dağlıq Qarabağın və ətraf rayonların qanunsuz işğalını simvolik olaraq əhatə edə bilər.

Baş verənləri şərh edən “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu  Dağlıq Qarabağ separatçılarının “parlament sədri” Artur Tovmasyanın Kipr Yunan Respublikası ailə “Artsax-Kipr” dostluq qrupu formalaşdırdıqları barədə açıqlamaya diqqət çəkib: 

“Bu qeyri-rəsmi klub deyil, qrupa Kipr Yunan Respublikası tərəfindən bu ölkənin deputatları, bələdiyyə üzvləri və adanın müxtəlif siyasətçiləri daxildirlər. Kipr Yunan Respublikası bu yolla Dağlıq Qarabağ separatçıları ilə rəsmi təmas qurmuş olur. Əslində, erməni separatçıları ilə adıçəkilən qrupun yaradılması təşəbbüsü martın əvvəllərində Kirpdə verilmişdi. Tərəflər dünyanı bürüyən koronavirus epidemiyasına baxmayaraq, bu aylarda ciddi çalışıblar və əməkdaşlığı genişləndirmək üçün “yol xəritəsi” tərtib ediblər.

İşin arxasında Yunanıstanın olmasına dair şübhələr var. Yunanıstan ilə Türkiyə arasındakı münasibətlər son zamanlar gərginləşib. Görünür, rəsmi Afina Bakı-Ankara strateji ittifaqının güclənməsinə Kiprdəki yunanlar vasitəsilə cavab verir. Rəsmi Afina istəsə, Kiprdəki yunanlarla Dağlıq Qarabağdakı ermənilər arasındakı intensivləşən əlaqələrə son qoya bilər. Separatçılarla ada vasitəsilə əlaqələr davam edirsə, demək rəsmi Afina belə istəyir”.

Politoloqun fikrincə, erməni separatçıları yunanlarla yaratdıqları klubun fəaliyyəti vasitəsilə bir müddət sonra Kipr Yunan Respublikasının “Dağlıq Qarabağ Respublikasını” rəsmən tanıyacaqlarına ümid edirlər. “Bu məsələdə erməni lobbisi yunan lobbisi ilə birgə çalışır”, - deyə o əlavə edib.

Elxan Şahinoğlu deyib ki, separatçıların “yol xəritəsinin” əsas hədəflərindən biri bölgəyə səfərlərin artmasını təmin etməkdir: “Əlbəttə, hazırkı pandemiya dövründə bunu reallaşdırmaq mümkün deyil. Separatçıların bütün hazırlıqları postpandemiya dövrünə hesablanıb.

Digər tərəfdən, separatçıların və erməni lobbisinin məqsədi bu “qruplar” vasitəsilə işğalı rəsmiləşdirməkdir. Hələlik bu onlarda alınmır. Ancaq separatçılar, Ermənistan hakimiyyəti və erməni lobbisi çalışmalarına ara vermirlər. Bu baxımdan Azərbaycan XİN birbaşa və ya Yunanıstan üzərindən Kipr Yunan Respublikasına nota göndərməlidir. Qoy rəsmi şəkildə desinlər ki, onlar Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirlər və yaradılan qrupun Kipr Yunan Respublikasının rəsmi qurumlarına aidiyyəti yoxdur. Əgər belə bir cavab verərlərsə, bu erməni separatçılarına tərs sillə sayıla bilər. Yox əgər yunanlar Azərbaycan XİN-in notasına reaksiya verməzlərsə və ya məntiqsiz cavab verərlərsə, biz də onlara Kuzey Kıbrıs Türk Cumhuriyyəti ilə əlaqələrimizi daha üst səviyyəyə qaldıra biləcəyimizlə bağlı mesaj göndərə bilərik”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!