Bu gün İrəvanda Ermənistanın baş naziri Nikol Paşinyanın istefası tələbi ilə keçirilən etiraz aksiyalarında 56 nəfər saxlanılıb.
Yenisabah.az Interfax-a istinadla xəbər verir ki, erməni müxalifəti paytaxtın mərkəzində bəzi küçələri bağlamağa başlayıb. İştirakçılar saxlanıldıqdan sonra mitinqlər dayandırılıb.
Polis İrəvanda bağlı küçələrin olmadığını bildirib. Dominos pizza
Axşam müxalifətin daha bir mitinqi planlaşdırılıb.
Xatırladaq ki, sentyabrın 19-da Ermənistanda müxalifətin baş nazirin istefası tələbi ilə etiraz aksiyaları başlayıb.
Telegram kanalımız