İrəvan ona yeni müttəfiqlər qazandıracaq siyasət aparmır - Politoloq

saytların hazırlanması

Evə çatdırılma

İrəvan ona yeni müttəfiqlər qazandıracaq siyasət aparmır - Politoloq

Rəsmi

13 Sentyabr 2023 14:15 666


Ermənistan hakimiyyəti ona yeni müttəfiqlər qazandıracaq siyasət aparmır, eyni zamanda, Rusiyaya öz öhdəliklərini yerinə yetirməmək imkanı verir.

Yenisabah.az Armenian News-a istinadla xəbər verir ki, bunu politoloq Argişti Kiviryan deyib.

Onun sözlərinə görə, Ermənistan hakimiyyətinin hərəkətləri ucbatından İrəvan üçün Moskvanı öhdəliklərini yerinə yetirməyə məcbur etmək çətin olacaq. pizza

Politoloq hökuməti elə bir siyasət yürütməyə çağırıb ki, Rusiya öz öhdəliklərindən yayına bilməsin, halbuki bunun əvəzinə Ermənistan hakimiyyəti Rusiya ilə münasibətləri daha da gərginləşdirir.

“Mövcud müttəfiqdən qurtulmaqdan əvvəl gərək yenisini tapasan. Xüsusilə bizim regionda təhlükəsizlik sferasında boşluq yaratmaq yolverilməzdir, çünki bu, ciddi nəticələrə, o cümlədən qırğınlara səbəb ola bilər”, - deyə Kiviryan vurğulayıb.

Onun sözlərinə görə, Rusiya bir çox başqa ölkələrdən fərqli olaraq dünyanın müxtəlif yerlərində öz öhdəliklərini az-çox yerinə yetirir. “Erməni-Amerika təlimləri şəklində siqnal kimə verilir? Rusiya və KTMT çox gözəl anlayır ki, ABŞ regionda təhlükəsizliyə görə məsuliyyəti öz üzərinə götürməyəcək. Baş nazir Nikol Paşinyanın siyasəti Ermənistanın bütün xarici siyasətinin iflasa uğramasına gətirib çıxardı”.

Onun fikrincə, Qərbin Cənubi Qafqaz regionunda maraqları yalnız Rusiyanın zəifləməsi ilə nəticələnir. “Ermənistanda Azərbaycan kimi enerji resursları olsaydı, o zaman Ermənistanın və Qərbin maraqları daha aydın olardı”, - deyə ekspert əlavə edib.

O, Paşinyanı Tehranla daha fəal əlaqə saxlamağa çağırıb.

“Lakin əvvəlki hakimiyyətin Qərbdən asılılığı bunu etməyə imkan vermir. Eyni zamanda, Ermənistanın yürütdüyü siyasət Türkiyənin rolunun güclənməsinə gətirib çıxarır, İranın ciddi geosiyasi maraqları isə erməni maraqları ilə üst-üstə düşür. Məhz Tehranın siyasəti sayəsində və yalnız bunun sayəsində bu gün bölgədə müharibə yenidən başlamayıb. İran prezidenti Paşinyanla telefon danışığında sonuncunu Rusiya tərəfinin ittiham etdiyi eyni şeydə, yəni indiki mərhələdə Rusiya ilə İranın maraqlarının üst-üstə düşməsində ittiham edib. Ermənistan bundan istifadə edib Azərbaycan-Türkiyə tandemindən yaranan neqativləri neytrallaşdıra bilər”, - deyə Kiviryan yekunlaşdırıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!