İrəvan şantaja başladı: Sülh sazişi bu halda imzalanacaq

saytların hazırlanması

Evə çatdırılma

İrəvan şantaja başladı: Sülh sazişi bu halda imzalanacaq

Siyasət

08 Dekabr 2023 20:14 2252


Ermənistan Azərbaycanla sülh müqaviləsini o zaman imzalayacaq ki, bunun Ermənistanın maraqlarına, regional sülh və sabitliyə uyğunluğuna əmin olacaq. Ərazi bütövlüyünün tanınması prinsipi çox mühümdür və Azərbaycanın bu prinsipə sadiqliyini bir daha təsdiqləməsini təkid edirik.

Yenisabah.az xəbər verir ki, bu sözləri Ermənistan parlamentinin Xarici Əlaqələr Komissiyasının sədri, “Mülki müqavilə” fraksiyasından deputat Sərkis Xandanyan jurnalistlərə açıqlamasında deyib.

“Əgər Azərbaycan danışıqlar zamanı dağıdıcılığını davam etdirərsə, Ermənistan beynəlxalq tərəfdaşları və danışıqlarda vasitəçilik etmək istəyi və məsuliyyətini ifadə edən tərəfləri Azərbaycana təzyiqləri artırmağa çağıracaq”, - o əlavə edib./Axar.az pizza sifarişi


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!