İrəvan “top“u Zaxarovaya qaytardı

saytların hazırlanması

Evə çatdırılma

İrəvan “top“u Zaxarovaya qaytardı

Rəsmi

11 Aprel 2023 16:40 982


“Biz futbol oynamırıq, Ermənistanın təhlükəsizliyindən danışırıq”.

Yenisabah.az “Sputnik Armenia”ya istinadla xəbər verir ki, bunu Ermənistan Milli Məclisinin Xarici Əlaqələr Komitəsinin sədri Sarkis Xandanyan deyib.

O, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın bəyanatına cavab verib: pizza hut

“Bu məsələdə kompleks yanaşmalar lazımdır və topların bir-birinə ötürülməsi problemi yoxdur. Mövqeyimiz dəyişməz olaraq qalır: baş verənlər aydın şəkildə qeydə alınmalı və qiymətləndirilməlidir. Bunun əsasında hansısa hərəkətlər hazırlanacaq”.

Xandanyanın sözlərinə görə, istənilən halda Ermənistana göndəriləcək KTMT missiyasının layihəsi hazırlanır.

Xatırladaq ki, aprelin 5-də Zaxarova bəyan edib ki, KTMT sülhməramlılarının Ermənistanda mümkün yerləşdirilməsinin vaxtı erməni tərəfdən asılıdır və top İrəvanın meydançasındadır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!