İrəvana üz tutan Qarabağ erməniləri səfil həyatı yaşayır

saytların hazırlanması

Evə çatdırılma

İrəvana üz tutan Qarabağ erməniləri səfil həyatı yaşayır

Rəsmi

16 Avqust 2023 10:54 1285


İkinci Qarabağ müharibəsi zamanı Ermənistana üz tutan Qarabağ ermənilərinin çoxu onlara vəd edilən 40 min dramı (103 dollar) ala bilməyib. 

Yenisabah.az xəbər verir ki, bu barədə “Hraparak” məlumat yayıb. 

Qəzet yazır ki, hakimiyyət Ermənistana köçmüş şəxsə mənzil və ya yaşayış sahəsi alana qədər 40 min dram pul dəstəyi almağa davam edəcək layihəni dövriyyəyə buraxmışdı. Bu, proses həmçinin Ermənistanın Sosial İşlər Nazirliyinin razılığı ilə həyata keçirilməliydi. Hətta Qarabağ ermənilərinin ev alması üçün tələblərin də yumşaldılması iddia olunurdu, lakin 3 aydan çoxdur ki, dövlət vəd etdiyi dəstəyi verməkdən boyun qaçırır.  Marqarita pizza

Nəşrin məlumatına görə, mənzil almaq üçün arayış alan Qarabağ erməniləri müəyyən edilmiş qaydada 2 aydan sonra dövlətin hər ay verdiyi 40 min dramlıq dəstəkdən məhrum olurlar:

“Dövlət qurumları hesab edir ki, şəxs arayış aldıqdan sonra ev alıb və onun artıq ev kirayəsinə ehtiyacı yoxdur. Lakin onlar dövlətdən arayış aldıqdan sonra müxtəlif səbəblərdən aylarla ev ala bilmir. Hazırda insanlar ev ala bilməməklə yanaşı, digər tərəfdən də ayda 40 min dram puldan məhrum olurlar ki, bu pulla onlar qaldıqları evlərin kirayə haqqını ödəyə bilərdilər. İyunun 15-nə olan məlumata görə, 3 min 612 şəhadətnamə almış köçkünlərin yalnız cüzi bir hissəsi mənzil ala bilib, yalnız 805 nəfər faydalana bilib”. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!