İrəvanda aksiyaları kim idarə edir? -   “Paşinyan nə qədər pis olsa da...“

saytların hazırlanması

Evə çatdırılma

İrəvanda aksiyaları kim idarə edir? - “Paşinyan nə qədər pis olsa da...“

Siyasət

27 Aprel 2022 13:54 412


“Hazırda Ermənistanda müxalif qüvvələrin həyata keçirdiyi aksiyalar öncədən də proqnozlaşdırılırdı”.

Bu sözləri Yenisabah.az-a açıqlamasında siyasi şərhçi Tural İsmayılov deyib.

O, İrəvanda geniş vüsət almış etiraz aksiyaları, habelə bu aksiyaların arxasında dayanan qüvvələr barədə mülahizələrini bölüşüb: Dominos pizza

“Aydın məsələdir ki, hakimiyyətin Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırma ilə bağlı ortaya qoyduğu siyasi iradə üçüncü qüvvələri ciddi narahat edir. Düşünürəm ki, Rusiya siyasi və hərbi elitasında Ermənistan iqtidarının siyasəti o qədər də yaxşı qarşılanmır. Doğrudur, Rusiya üzdə prosesə töhfə verməyə hazır olduğunu bildirir və vasitəçi qismində hətta Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılmasında da iştirak edir. Amma Rusiya siyasi elitasında Ermənistanın iki dövlətlə münasibətlərini normallaşdırdıqdan sonra Rusiyanın regionda təsirlərinin zəifləyə biləcəyi ilə bağlı qorxular və narahatlıqlar mövcuddur”.

Mütəxəssis düşünmür ki, bütövlükdə, müxalif qüvvələrin aksiyaları birbaşa Rusiya mərkəzlidir:

“İranın bu prosesə təsir imkanları zəifdir. Çünki Ermənistandakı siyasi müxalifətin İran isteblişmenti ilə münasibətləri o qədər də açıq və yaxşı deyil.

Proseslərin yekun nəticəsi isə hesab edirəm ki, müxalifətin məğlubiyyəti ilə nəticələnəcək. Çünki nə qədər pis olsa da, Nikol Paşinyan növbədənkənar parlament seçkilərində yenidən hakimiyyətdə qalıb. Əslində, Ermənistan xalqı pislə daha pis arasında seçim edib, uzun illər Ermənistanı Rusiyanın köləsi kimi dünyadan təcrid edən Koçaryan-Sarksiyan və onların törəmələrinin hakimiyyətə gəlmək ehtimallarını aradan qaldırıb”.

Rafi MÜSLÜMOV


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!