İrəvanda etirazçıların tələbi rədd edildi - Video

saytların hazırlanması

Evə çatdırılma

İrəvanda etirazçıların tələbi rədd edildi - Video

Dünya

10 İyun 2024 19:52 706


İrəvanda etiraz aksiyaları davam edir.

Deputatlar baş nazirin impiçmenti üçün növbədənkənar iclas çağırmaqdan imtina edərlərsə və etirazçıların tələblərinə əməl etməzlərsə, onlar Ermənistan Milli Assambleyasının binasına girişləri bağlayacaqlar.

Bu barədə "Vətən naminə Tavuş" etiraz hərəkatının lideri, Tavuş yeparxiyasının rəhbəri, arxiyepiskop Baqrat Qalstanyan (Srbazan) bəyan edib. Dördpendirli pizza

"Əgər tələbimiz rədd edilərsə, insanların işə getməsinə mane olmaq məcburiyyətində qalacağıq. Onların bizim ödədiyimiz vergilər hesabına işləməyə haqqları yoxdur. Niyə, kimin üçün işləməlidirlər?", - deyə Baqrat Qalstanyan bildirib.

Qeyd edək ki, hazırda Ermənistan parlamentinin binası yaxınlığında polis tikanlı məftillər çəkir.

Eyni zamanda "Hayastan" fraksiyasının rəhbəri Seyran Ohanyan jurnalistlərə açıqlamasında bildirib ki, Milli Assambleya Şurası müxalifətin baş nazirin impiçmentini müzakirə etmək üçün növbədənkənar iclas keçirmək tələbini rədd edib./Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!