İrəvanda Leninqrad abidəsini təhqir edənlə bağlı qərar

saytların hazırlanması

Evə çatdırılma

İrəvanda Leninqrad abidəsini təhqir edənlə bağlı qərar

Dünya

02 Fevral 2024 21:48 826


İrəvanda Leninqrad blokadasının uşaqlarının xatirəsinə ucaldılmış abidəni təhqir edən Samvel Şirinyana qarşı qətimkan tədbiri seçilib.

Yenisabah.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsinin mətbuat xidmətinin məlumatında deyilir.

Qeyd edilib ki, onun ölkədən çıxışına qadağa qoyulub. pizza

Xatırladaq ki, 27 yanvar 2024-cü ildə Leninqradın mühasirədən azad edilməsinin 80 illiyi qeyd edilib. Bu münasibətlə İrəvandakı Leninqrad blokadasının uşaqlarının xatirəsinə ucaldılmış abidənin önünə əklillər və Rusiya bayraqları qoyulub. Erməni sakin abidənin faşistlər üçün ucaldıldığını bildirərək, əklilləri dağıdıb, üzərində olan Rusiya bayraqlarını ayaqları altına ataraq tapdalayıb və bunu videoya çəkərək, sosial şəbəkə hesabında paylaşıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!