İrəvanda Paşinyana qarşı mitinq keçilir - VİDEO 

saytların hazırlanması

Evə çatdırılma

İrəvanda Paşinyana qarşı mitinq keçilir - VİDEO 

Siyasət

09 May 2024 17:11 561


Bu saatlarda İrəvanın mərkəzindəki Respublika meydanında keşiş Baqrat Qalstanyanın rəhbərlik etdiyi yürüş iştirakçılarının hakimiyyət əleyhinə mitinqi keçirilir. 

Yenisabah.az xəbər verir ki, mitinqi bəzi erməni internet mediası canlı yayımlayır. 

Erməni Apostol Kilsəsinin Tavuş Yeparxiyasının primatı Baqrat Qalstanyanın rəhbərliyi ilə mayın 4-də Kirants kəndindən başlayan “Vətən naminə Tavuş” hərəkatının iştirakçıları Azərbaycanla sərhədlərin delimitasiyasına etiraz edirlər. pizza

İrəvandakı Respublika meydanına və Ermənistan hökumətinin binasına bitişik əraziyə çoxsaylı polis qüvvələri yerləşdirilib. Hökumət binasının qarşısında polis bir neçə cərgədən ibarət kordonda düzülüb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!