“Paşinyan hökuməti çalışır ki, iğtişaşları təşkil etməklə divident götürsün”.
Bu sözləri Yenisabah.az-a açıqlamasında siyasi şərhçi Yusif Bağırzadə deyib.
O, son günlər Ermənistan siyasi səhnəsində yaranan gərginliklərə, o cümlədən müxalifətin azsaylı işçtirakçılarla etiraz aksiyaları keçirməsinə toxunub: Dominos pizza
“Əvvəllər, ATƏT-in Minsk qrupunun fəaliyyətdə olduğu zaman Azərbaycan təklif edirdi ki, gəlin, Qarabağla əlaqədar müəyyən bir razılığa gələk. Bununla əlaqədar həm Avropada, həm də Rusiyada cürbəcür görüşlər oldu. Ancaq hər dəfə Azərbaycan məsələnin həlli istiqamətində addım atmaq istəyəndə Ermənistan fərqli tezislərlə məsələni uzadırdı.
“Qarabağ klanı” hakimiyyətdən gedəndən sonra Paşinyan da həm danışıqları uzatmaq, həm də müxalifətə təzyiq üsulu seçib.
Bu gün Ermənistan Avropa İttifaqı ilə Rusiyanın arasında qalıb. Paşinyan hökuməti çalışır ki, bu iğtişaşları təşkil etməklə, divident götürsün. Doğrudur, axır zamanlar bir neçə pozitiv bəyanatlar olub. Hətta Ermənistanın XİN rəhbəri türkiyəli vəzifədaşı ilə Antalyada görüşüb”.
Yusif Bağırzadə bildirib ki, Ermənistanda hadisələrin bu həddə çatmasına səbəb Brüssel görüşündə Paşinyanın qəbul etdiyi yeni reallıqlardır:
“Ermənistanın Baş naziri Azərbaycan Prezidenti İlham Əliyev və Aİ prezidenti Şarl Mişellə Brüsseldə görüşdü. Həmin görüşdən sonra Rusiya prezidenti Vladimir Putin Paşinyanı Kremlə dəvət etdi. Bu ərəfədə yeni iğtişaşlar başladı.
Əlbəttə, Paşinyan hökuməti bilir ki, reallığı qəbul etməlidir və Şarl Mişellə görüşdə də səsləndirildi ki, müəyyən bir razılığa gəlinməlidir və işçi qrupu formalaşacaq. O biri tərəfdən, Ermənistan parlamentində təmsil olunan bir neçə müxalif deputat Qarabağa səfər etmək istədi və sülhməramlılar onların qarşısını kəsdi. Bu da Ermənistan cəmiyyətində təlatüm əmələ gətirdi.
Proses düzgün idarə olunsa, Paşinyanın əlini gücləndirəcək. Ancaq ümumən hazırda Ermənistandakı “Qarabağ klanı” və erməni diasporu Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşmasını istəmir”, - deyə həmsöhbətimiz fikirlərini yekunlaşdırıb.
Rafi MÜSLÜMOV
Telegram kanalımız