Prezident İlham Əliyevin imzaladığı əfv sərəncamı ilə uzun müddət mediada qalmaqallı məhkəmə prosesi ilə gündəmdə qalan Təyminə Abdullayeva da həbsdən azad olub.
“Yeni Sabah” xəbər verir ki, T. Abdullayeva həyat yoldaşı, iş adamı Barat Abdullayevin əikayəti əsasında həbs olunmuşdu. O, 2017-ci ildə Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda dələduzluq), 320-ci( saxta sənəd) və Cinayət Məcəlləsinin 315-ci (Hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddəsi ilə günahkar bilinərək cəzası 8 il azadlıqdan məhrum edilmişdi. Lakin sonradan Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə ilk iki maddə üzrə ona bəraət verilib və cəzası 3 ilə endirilmişdi.
Həyat yoldaşı Barat Abdullayev şikayətində bildirmişdi ki, arvadı birgə nikahdan olan yaşayış sahəsini satıb pulunu ələ keçirmək istəyib. Bu məqsədlə yeni şəxsiyyət vəsiqəsini saxtalaşdırıb. Yeni şəxsiyyət vəsiqəsində ailəli yox, subay olduğunu yazdırıb. Həmin sənəddən istifadə edərək qeyd edilən mənzili 250 min manata özgəninkiləşdirək, ona 890 min manat məbləğində ziyan vurub. Dördpendirli pizza
Barat Abdullayev şəxsi bizneslə məşğuldur. Onun Bakıda otelinin, ticarət obyektlərinin olduğu bildirilir.
Təyminə Abdullayeva ərinin dedikləri ilə razılaşmayaraq söyləmişdi ki, pullarını Səkinə İsmayılova adlı falçı ələ keçirib. S.İsmayılova ondan fala baxmaq adı ilə əvvəlcə 20 min, sonra isə 10 min manat alıb. Daha sonra onun evini banka girov qoyaraq pul götürüblər. T.Abdullayeva iddia edir ki, falçı Səkinə onun pullarını və əmlakını ələ keçirib.
Telegram kanalımız