İş axtarmaq istəyərkən “işə düşdü” - Video

İş axtarmaq istəyərkən “işə düşdü” - Video

Sosial

06 Dekabr 2022 22:30 591


Göyçay rayon sakini Rəsul Mansurov adına vergi borcu yazıldığını iddia edib.

Yenisabah.az xəbər verir ki, o, iş axtarmaq istəyərkən belə vəziyyətə düşdüyünü deyib.

Pandemiya dövründə işsiz qalan Rəsul Mansurov “WhatsApp”da yaradılmış işədüzəltmə qruplarından birinə qoşulub. Qrupda paylaşılmış bir elan onun diqqətini çəkib.

Danışıqlardan sonra ona işləyəcəyi deyilib. İş üçün deyilən obyektə gedən vətəndaş gözləmədiyi vəziyyətlə üzləşib. Adına VÖEN açıldığını, külli miqdarda vergi borcunun yarandığını öyrənib.

Rəsul Mansurovun sözlərinə görə, vəziyyətin ciddiliyini məhəkəmədən yaşadığı ünvana göndərilən məktubdan anlayıb.

Mövzu ilə bağlı hüquqşünanslar bildiriblər ki, belə vəziyyətlə qarşılaşanlar hüquq-mihafizə orqanlarına müraciət etməlidirlər. Bundan sonra dələduzluq etdiyi iddia edilən şəxslər barəsində Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işi açıla bilər.

Daha ətraflı süjetdə:

/Xəzərxəbər.az
Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!