İsa Həbibbəyli istefaya çağırıldı

saytların hazırlanması

Evə çatdırılma

İsa Həbibbəyli istefaya çağırıldı

Sosial

27 İyun 2026 12:16 7048


AMEA prezidenti İsa Həbibbəyli ilə bağlı sosial şəbəkələrdə başlayan müzakirələr səngimək bilmir.

“Yeni Sabah” xəbər verir ki, İsa Həbibbəylinin Vatikan nümayəndə heyətinə qədim əlyazmanı təqdim edərkən onu sürətlə vərəqləməsi və əlyazma ilə kobud davranması ciddi narazılıq yaradıb. Görüntülər sosial şəbəkələrdə geniş yayılıb və bir sıra tanınmış şəxslər tərəfindən tənqid olunub.

Tənqidlərə ABŞ-da yaşayan jurnalist Qənirə Ataşova da qoşulub. O, sosial şəbəkədə paylaşdığı açıqlamada AMEA prezidentini istefaya çağırıb. pizza mizza

Qənirə Ataşova bildirib ki, Nizami Gəncəvi təkcə Azərbaycanın deyil, bütün bəşəriyyətin mənəvi irsidir və belə bir irsə münasibət vəzifə ilə deyil, mədəniyyət, məsuliyyət və vicdanla ölçülməlidir.

Jurnalistin sözlərinə görə, heç bir vəzifə sahibinə xalqın və tarixin irsindən üstün olmaq haqqı vermir:

"Akademik adı almaq hələ mədəniyyət sahibi olmaq demək deyil. Əsl elm adamı əlyazmaya kağız kimi yox, millətin yaddaşı kimi baxmalıdır. Nizami Gəncəvinin irsi heç kimin şəxsi mülkü deyil, xalqın yaddaşıdır. Bu görüntüdən sonra o, özü istefa verib getməlidir", – deyə Qənirə Ataşova qeyd edib.

Qeyd edək ki, sözügedən görüntülərin yaratdığı geniş ictimai müzakirələrə və səslənən tənqidlərə baxmayaraq, Azərbaycan Milli Elmlər Akademiyası tərəfindən məsələ ilə bağlı hələlik hər hansı rəsmi açıqlama verilməyib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!