Yaponiyanın üç iri avtomobil şirkəti birləşir?

saytların hazırlanması

Evə çatdırılma

Yaponiyanın üç iri avtomobil şirkəti birləşir?

Dünya

27 İyun 2026 17:52 118


Yaponiyanın "Honda", "Nissan" və "Mitsubishi" şirkətlərinin yeni nəsil modellərində standartlaşdırılmış mühərrik idarəetmə bloklarından ortaq şəkildə istifadə edilə bilər. Bu yolla avtomobil istehsalçıları xərcləri azaltmağa və getdikcə daha da mürəkkəbləşən bazarda rəqabətqabiliyyətliliyi qorumağa çalışırlar.

"Yeni Sabah" xəbər verir ki, bu barədə "Carscoops" nəşri yazıb.

Mövcud məlumata görə, yeni standartlaşdırılmış mühərrik idarəetmə blokları bütün zəruri avtonom idarəetmə funksiyalarını və proqram təminatı ilə idarə olunan gələcək avtomobillər üçün bort məlumat-əyləncə sistemini özündə birləşdirəcək. Sezar pizza

Bunlar həm hibrid, həm də elektrik modellərində istifadə olunacaq. Sazişin bəzi detalları hələ müzakirə mərhələsində olsa da, bir neçə həftəyə razılaşma əldə edilə bilər./Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!