Ceyhun Bayramov və Hakan Fidan arasında   MÜHÜM MÜZAKİRƏ

saytların hazırlanması

Evə çatdırılma

Ceyhun Bayramov və Hakan Fidan arasında MÜHÜM MÜZAKİRƏ

Siyasət

27 İyun 2026 19:36 104


İyunun 27-də xarici işlər naziri Ceyhun Bayramovla türkiyəli həmkarı Hakan Fidan arasında telefon danışığı aparılıb.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyindən məlumat verilib.

Telefon danışığı zamanı Azərbaycan-Türkiyə müttəfiqlik münasibətlərindən irəli gələn məsələlər, iki ölkə arasında mövcud olan strateji əməkdaşlığın gündəliyi, habelə beynəlxalq və regional təşkilatlar çərçivəsində qarşılıqlı fəaliyyət və əlaqələndirmə məsələləri müzakirə olunub. Toyuqlu pizza

Nazirlər qardaş ölkələr arasında yüksəksəviyyəli siyasi dialoqun və qarşılıqlı dəstəyin ikitərəfli münasibətlərin əsasını təşkil etdiyini vurğulayaraq, qarşılıqlı maraq doğuran bütün istiqamətlər üzrə sıx əməkdaşlığın bundan sonra da davam etdirilməsinin əhəmiyyətini qeyd ediblər.

Telefon danışığı zamanı, həmçinin regionda mövcud təhlükəsizlik vəziyyəti, postmünaqişə dövründə gedən proseslər, regional sülh və sabitliyin təmin olunması istiqamətində atılan addımlar ətrafında fikir mübadiləsi aparılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!