“Azərbaycan vurulacaqdı, Pezeşkian mane oldu” - İranlı deputatdan   SENSASİON İDDİA

saytların hazırlanması

Evə çatdırılma

“Azərbaycan vurulacaqdı, Pezeşkian mane oldu” - İranlı deputatdan SENSASİON İDDİA

Siyasət

27 İyun 2026 18:39 720


İran parlamentinin deputatı Kamran Qəzənfərinin son açıqlaması rezonans doğurub.

"Yeni Sabah" Globalinfo.az-a istinadla xəbər verir ki, Qəzənfəri İranın müharibə zamanı Azərbaycana hücum etməyə hazırlaşdığı, lakin Prezident Məsud Pezeşkianın buna mane olduğunu iddia edib.

Qəzənfəri Azərbaycanı İsraillə əməkdaşlıqda, ABŞ-nin İrana qarşı müharibəsinə dəstək verməkdə günahlandırıb. Dördpendirli pizza

Həmçinin İranın mərhum prezidenti İbrahim Rəisinin ölümünə görə də Azərbaycanı ittiham edib.

Deputat iddialarını təsdiqləmək üçün heç bir sübut göstərməyib. Onun bəyanatlarına hər hansı ciddi reaksiya da gəlməyib. İranlı deputatın iddiaları Azərbaycan ictimaiyyətində birmənalı qarşılanmayıb və narazılıq doğurub.

Qeyd edək ki, Kamran Qəzənfəri daha əvvəl də dəfələrlə Azərbaycana qarşı əsassız ittihamlar səsləndirib, Bakını hədəf alıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!