Azərbaycanda ötən gün polis əməkdaşları tərəfindən 34 kiloqramdan çox narkotik aşkarlanıb.
"Yeni Sabah" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə iyunun 26-da ümumi çəkisi 34,2 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb. Dördpendirli pizza
Həmçinin polis əməkdaşlarının keçirdikləri tədbirlərlə yabanı halda bitmiş 12,1 ton çəkidə 41622 ədəd çətənə kolu aşkarlanaraq məhv edilib.
Bu istiqamətdə tədbirlər davam etdirilir.
Telegram kanalımız