Bakıda keçirilən UFC-də Azərbaycan təmsilçisi debütündə nakautla qələbə qazandı

saytların hazırlanması

Evə çatdırılma

Bakıda keçirilən UFC-də Azərbaycan təmsilçisi debütündə nakautla qələbə qazandı

İdman

27 İyun 2026 18:21 137


Bakıda keçirilən “UFC Fight Night: Fiziev vs. Torres” tədbirinə start verilib.

"Yeni Sabah" xəbər verir ki, yarış ilkin kartın döyüşləri ilə başlayıb.

Gecənin ilk döyüşü yarımorta çəki dərəcəsində baş tutub. Marqarita pizza

Azərbaycan təmsilçisi Tahir Abdullayev oktaqona çıxıb. O, braziliyalı Cefferson Nasimento ilə qarşılaşıb.

Debütantların mübarizəsi nisbətən sakit start götürüb. İlk raundun yalnız son dəqiqəsi qarşılıqlı zərbələrlə əlamətdar olub. Hissə Tahirin üstünlüyü ilə başa çatıb. Rəqibinə 7 zərbə endirən Abdullayev 4 zərbə alıb.

İkinci raund braziliyalı döyüşçünün üstünlüyü ilə başlayıb. Nasimento 16, Abdullayev isə 6 zərbə ilə raundu tamamlayıb.

Döyüşün taleyi son raundda həll olub. Üçüncü hissə Tahirin fəallığı ilə start götürüb. Azərbaycan təmsilçisi iki dəfə teykdauna gedib. Üstünlüyə nəzarəti ələ alan Tahir rəqibini nakaut edib.

Qeyd edək ki, gecənin əsas döyüşündə Rafael Fiziev Manuel Torreslə qarşılaşacaq./Apasport.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!