İsa Həbibbəyli qızının 1 milyonunun oğurlanmasından danışdı

saytların hazırlanması

Evə çatdırılma

İsa Həbibbəyli qızının 1 milyonunun oğurlanmasından danışdı

Hadisə

21 Oktyabr 2025 12:04 701


“Bu barədə dünən oxumuşam. Yazılır ki, guya qızımın seyfindən 1 milyon avro məbləğində pul oğurlanıb. Əslində isə bu, doğru deyil”.

“Yeni Sabah” “Manset”ə istinadən xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti İsa Həbibbəyli qızı Günay Məsimovanın Almaniyada bank seyfində saxladığı bir milyon avrodan artıq nəğd pul və qiymətli əşyalarının fırıldaq yolu ilə ələ keçirilməsi barədə məlumatlara münasibət bildirərkən deyib.

O deyib ki, yayılan məlumatlar həddindən artıq şişirdilib: Sezar pizza

“Qızımın çoxlu qızıl-zinət əşyaları və şəxsi əşyaları oğurlanıb. Həmin zinət əşyaları onun anasından və qayınanasından yadigar qalan əşyalardır. Yazılanlar həddindən artıq şişirdilib. Qızımın seyfindən 1 milyon avronun oğurlanması barədə isə mənim heç bir məlumatım yoxdur. Xahiş edirəm, bu kimi məsələlərdə adım hallandırılmasın”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!