İsa Həbibbəyliyə yüksək vəzifə verildi

saytların hazırlanması

Evə çatdırılma

İsa Həbibbəyliyə yüksək vəzifə verildi

Sosial

27 Yanvar 2025 10:49 4818


Milli Məclis yanında Toponimiya Komissiyasına sədr, müavin və katib seçilib.

“Yeni Sabah” Report-a istinadən xəbər verir ki, bununla bağlı komissiyanın bugünkü iclasında müzakirə aparılıb.

Toponimiya Komissiyasının sədri vəzifəsinə Milli Məclisin deputatı, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti İsa Həbibbəyli, sədrin müavini vəzifəsinə parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev, komissiyanın katibi vəzifəsinə isə MM Aparatının Dövlət quruculuğu, inzibati və hərbi qanunvericilik şöbəsinin İnzibati ərazi və bələdiyyə məsələləri üzrə qanunvericilik sektorunun müdiri Cavid İsgəndərovun namizədliyi təklif olunub. pizza hut

Komissiya üzvlərinin səsverməsindən sonra müvafiq qərar qəbul edilib. Beləliklə, Komissiyanın sədri İsa Həbibbəyli, sədr müavini Musa Quliyev, katibi isə Cavid İsgəndərov olub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • RAHİM
    DÜNYA MİQYASLI ELMİ NAİLİYYƏTLƏRİ OLMAYAN BU" deputat" - ın NİYƏ bu qədər vəzifəsi var?
    1 year ago
  • RAHİM
    HEÇ BİRİNİN TOPONİMİYAYA AİD AİDİYYATI YOXDUR.
    1 year ago
  • mahir
    Daha "yüksək" vəzifələrə layiqdirə Oğlu hər ay 2 milyon manat rüşvət verən akademk, AMEA prezidenti fəxr etməlidir, övladının korrupsiya əməlləri ilə. Yaşasın Azərbaycan!!!!
    1 year ago