İşçilərin ixtisarı zamanı kimlərə üstünlük verilir?   - RƏSMİ AÇIQLAMA

saytların hazırlanması

Evə çatdırılma

İşçilərin ixtisarı zamanı kimlərə üstünlük verilir? - RƏSMİ AÇIQLAMA

Sosial

01 Mart 2026 22:36 766


İşçilərin ixtisarı zamanı bəzi kateqoriyadan olan şəxslərə işdə saxlanılmaq üçün üstünlük verilir.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Dövlət Əmək Müfəttişliyi Xidməti məlumat yayıb.

Məlumatda bildirilib ki, ixtisasları (peşələri) və ya peşəkarlıq səviyyələri eyni olduqda aşağıdakı şəxslərin işdə saxlanmasına üstünlük verilir: Pepperoni pizza

şəhid ailəsinin üzvlərinə

müharibə iştirakçılarına

əsgər və zabitlərin həyat yoldaşlarına

öhdəsində 16 yaşınadək iki və daha çox uşağı olanlara

məcburi köçkünlərə, onlara bərabər tutulan şəxslərə və qaçqın statusu olan şəxslərə

kollektiv və ya əmək müqaviləsində nəzərdə tutulan digər şəxslərə

Qeyd olunub ki, bu üstünlük yalnız işçilərin ixtisas və peşəkarlıq göstəriciləri eyni olduqda tətbiq edilir.

Aytac Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!