İşdən çıxarılan nazir müavini:   “Prezidentimizin quluyam...”

saytların hazırlanması

Evə çatdırılma

İşdən çıxarılan nazir müavini: “Prezidentimizin quluyam...”

Siyasət

29 Noyabr 2021 19:27 12261


Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 29 noyabr 2021-ci il tarixli Sərəncamları ilə İntiqam Vaqif oğlu Babayev və İsmayıl Sultan oğlu İsmayılov Gənclər və İdman nazirinin müavini vəzifəsindən azad ediliblər.

Yenisabah.az xəbər verir ki, İsmayıl İsmayılov bugünkü sərəncamın onun üçün gözlənilməz olduğunu bildirib: 

"Buna baxmayaraq, mən ömrümün sonunadək Prezidentimizin quluyam. Ölkə başçısının yolunda hər şeyə hazıram. 15 il nazir müavini postunda oldum. Dominos pizza

Bundan böyük nə ola bilər? Əbədi heç nə yoxdur. Bu gün mən deyərdim ki, ölkədə bütün inkişaf onun sayəsində gedir. Son 300 ildə bizim torpaqlarımız alına-alına gedirdisə, bu gün onun sayəsində işğal olunan ərazilərimiz düşmən tapdağından azad olunub. Allah prezidentimizi qorusun”.

İsmayıl İsmayılov bundan sonra hansı işlərlə məşğul olacağından da danışıb: 

Pedoqoji elmlər namizədi alimlik dərəcəsinə və Professor elmi adına layiq görülmüşəm. Bundan sonra elimi işlərlə məşğul olacağam”. /Qaynarinfo


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Aladdin
    Prezidentin yox ,xalgin gulu olmax lazimdir.
    4 years ago
  • Bəxtiyar
    Prezidentin sənin kimi qula ehtiyacı yoxdur! Görünən odur ki,yaxşı qul olmamısan.
    4 years ago
  • Anar
    Zəmanənin real vəziyyəti...
    4 years ago