İşğaldan azad olunmuş daha bir kəndə köç başlayır

saytların hazırlanması

Evə çatdırılma

İşğaldan azad olunmuş daha bir kəndə köç başlayır

Siyasət

06 Fevral 2026 14:58 716


İşğaldan azad olunmuş daha bir yaşayış məntəqəsinə qayıdış başlayır.

“Yeni Sabah”ın əldə etdiyi xəbərə görə, Xocavənd rayonunun Xocavənd kəndinə ilk köç olacaq.

Fevralın 6-da Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində həmin kəndə köçəcək sakinlər arasında evlərin bölgüsünə dair püşkatma keçirilib. Pepperoni pizza

Xocavəndə qayıdacaq sakinlər yaxın günlərdə doğma yurdlarına yola salınacaqlar.

Qeyd edək ki, Xocavənd rayonunun Xocavənd kəndi 19 noyabr 1991-ci il tarixində Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdi.

Xocavəd kəndi Azərbaycan Ordusunun 2023-cü il sentyabrın 19-20-də Qarabağda keçirdiyi antiterror əməliyyatları nəticəsində erməni işğalından azad olunub.

Aytac Əliyeva


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!