Azərbaycan Xalq Hərəkatı ölkə başçısına müraciət ünvanlayıb.
Həmin müraciətdə qeyd olunub:
"18 mart 2019-cu il tarixdə Azərbaycanın müstəqilliyində müstəsna xidmətləri olan, Azərbaycan Xalq Hərəkatının (AXH) İdarə Heyətinin üzvü, Milli Elmlər Akademiyasının əməkdaşı, tarixçi alim Bəxtiyar Tuncay (Şahverdiyev) yaşadığı evin həyətindən oğurlanaraq naməlum istiqamətdə aparılmışdır. Hadisə barədə məlumat verən Bəxtiyar Tuncay bildirmişdir ki, bir qrup mülki geyimli şəxs özlərini təqdim etmədən onu iradəsinə zidd olaraq Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparmışlar. Orda ona qarşı insanlığa sığmayan münasibət göstərilmiş, fiziki zor tətbiq edilmiş, döyülərək müxtəlif dərəcəli bədən xəsarətləri yetirilmişdir. Tibbi arayış bir daha təsdiq edir ki, 60 yaşlı B.Tuncaya qarşı vəzifəli şəxsləri tərəfindən cinayət törədilmişdir, ayağında və üz nahiyəsində yaralar əmələ gəlmişdir. Bir neçə gün bundan əvvəl də AXH-nin İdarə Hetətinin üzvü, İsgəndər Həmidova qarşı qanunsuzluğa yol verilmişdir . Belə ki, İ.Həmidov da Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparılmış, psixoloji təzyiqlərə məruz qalmış, oğlanlarının cibindən istənilən vaxt narkotika çıxacağı ilə təhdid edilmişdir. Sezar pizza
Cənab Prezident! Siz çıxışlarınızda dəfələrlə bildirmisiniz ki,vətəndaşlar tərəfindən dövlət orqanlarının fəaliyyətinə ictimai nəzarəti yüksək qiymətləndirir, dövlətçiliyin möhkəmlənməsində bu nəzarəti vacib hesab edirsiniz. Əgər, bu həqiqətən belədirsə, yeni yaranan Azərbaycan Xalq Hərəkatı məhs belə bir missiyanı yerinə yetirir, vətəndaşların pozulmuş hüquqlarının bərpasına,ölkənin sivil dövlətlər sırasına çıxmasına, demokratik cəmiyyətin qurulmasına çalışır. Gözləmək olardı ki, siz və komandanız bu işi yerinə yetirən vətəndaşlara minnətdarlıq bildirəcək, onlara hər cür qanuni kömək göstərəcəksiniz. Təəssüf ki, sizin rəhbərlik etdiyiniz hakimiyyət nəinki xalqına təmənnasız xidmət göstərən insanlara dəstək olmur, əksinə, hər cür vasitələrlə onlara qarşı təzyiqlər, təhdidlər təşkil edirlər. Azərbaycan Xalq Hərəkatının fəaliyyətinə yerli icra hakimiyyəti və polis tərəfindən əsassız müdaxilələr edilməsi, ciddi qanun pozulmaları və sizin də bu əməllərə vaxtında hüquqi qiymət verməməyiniz bir daha sübut edir ki, ictimai nəzarət haqqında dedikləriniz heç də real həyatda həqiqəti əks etdirmir. Bir tərəfdən ciddi islahatlar keçirdiyinizi bəyan edib, digər tərəfdən insanlar əqidəsinə görə təqib edilir, alçaldılır, işgəncələrə məruz qalırlar ki, bütün bunlar sonda milləti vətəndaş müharibəsinə sürükləyir. Biz sizə müraciət edərək, Prezident kimi içdiyiniz anda sadiq qalmağa, ölkədə baş alıb gedən özbaşınalıqlara son qoymağa, polisin öz fəaliyyətində siyasi proseslərə qoşulmamasına göstəriş verməyə çağırırıq. Eyni zamanda, Azərbaycan Xalq Hərəkatının İdarə Heyətinin üzvləri B.Tuncaya xəsarət yetirən şəxslərin, İ.Həmidovu narkotika ilə təhdid edənlərin cinayət məsuliyyətinə cəlb edilməsini tələb edirik".
AnTv.az
Telegram kanalımız