İŞİD liderlərindən daha biri öldürüldü

saytların hazırlanması

Evə çatdırılma

İŞİD liderlərindən daha biri öldürüldü

Hadisə

18 Aprel 2020 10:31 706


İŞİD-in hərbi məmuru olduğu iddia edilən Evi Hafsa adlı terrorçu Bağdadın şimalında ölü ələ keçirilib. 

Yenisabah.az xəbər verir ki, bu barədə İraq ordusuna bağlı Bağdad əməliyyatlarının rəhbərliyindən açıqlama verilib. 

Bildirək ki, İŞİD terrorçuları 2014-cü ilin iyun ayında Mosul, Səlahəddin və Ənbər vilayətlərini, həmçinin Kərkük vilayətinin isə bir qismini ələ keçirib. Daha sonra sözügedən bölgələr əməliyyatlar nəticəsində terrorçulardan geri alınıb.  Marqarita pizza

İraqın keçmiş baş naziri Heydər əl-İbadi 2017-ci il dekabrın 9-da İŞİD-ə qarşı qələbə qazandıqlarını açıqlayıb. Lakin terrorçuların bölgədən çıxarılmasından üç il keçməsinə baxmayaraq, onlar məhz həmin ərazilərə hücumlara davam edirlər. 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!