İslam Abbasov Avropa çempionatında bürünc medal qazandı

saytların hazırlanması

Evə çatdırılma

İslam Abbasov Avropa çempionatında bürünc medal qazandı

İdman

21 Aprel 2026 21:51 744


Azərbaycanın daha bir yunan-Roma güləşçisi İslam Abbasov Albaniyanın paytaxtı Tiranada keçirilən Avropa çempionatında bürünc medal qazanıb.

"Yeni Sabah" xəbər verir ki, 87 kq çəki dərəcəsində güləşən idmançımız üçüncü yer uğrunda qarşılaşmada türkiyəli Doğan Kayaya (5:1) qalib gələrək fəxri kürsüyə yüksəlib.

Daha əvvəl güləşçilərimizdən Rəşad Məmmədov (55 kq) bürünc medala sahib çıxıb.

Qeyd edək ki, bu gün Beka Kandelaki (130 kq) də bürünc medal uğrunda yarışacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!