İsmayıllıda evdə partlayış: Bir ailənin üç üzvü yanıq xəsarəti aldı - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

İsmayıllıda evdə partlayış: Bir ailənin üç üzvü yanıq xəsarəti aldı - Fotolar

Hadisə

01 Mart 2020 15:51 415


İsmayıllı rayonunda evdə partlayış baş verib. "Yeni Sabah" xəbər verir ki, hadisə rayonun Quşencə kəndində qeydə alınıb. Kənd sakini 1949-cu il təvəllüdlü Osmanlı Əli Əhliman oğluna məxsus mənzildə qaz sızması səbəbindən güclü partlayış baş verib. Hadisə zamanı ev yararsız hala düşüb. Ev sahibi Əli Osmanlı, həyat yoldaşı 1957-ci il təvəllüdlü Osmanlı Rəhimə Sahib qızı və 1995-ci il təvəllüdlü Osmanlı Tahir Əli oğlu ağır yanıq xəsarətləri aldıqları üçün İsmayıllı rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Ər və arvadın vəziyyəti ağır olduğu üçün onlar müalicə üçün təcili olaraq Bakı şəhərindəki xəstəxanalardan birinə yola salınıb. Faktla bağlı araşdırma aparılır. /APA https://cdn.yenisabah.az/files/i2.jpg https://cdn.yenisabah.az/files/i1.jpg
Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!