İsmayıllıda güclü qar nəticəsində talvarı çökən evin sakinləri xilas edildi - Video

saytların hazırlanması

Evə çatdırılma

İsmayıllıda güclü qar nəticəsində talvarı çökən evin sakinləri xilas edildi - Video

Hadisə

19 Mart 2022 17:18 492


Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə güclü qarın yağması nəticəsində İsmayıllı rayonunun Basqal qəsəbəsində vətəndaşa məxsus fərdi yaşayış evinin qarşısındakı talvarın çökərək evin giriş hissəsini bağlaması və sakinlərin evdə köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

FHN-nin Mətbuat xidmətindən Yenisabah.az-a verilən xəbərə görə, dərhal çağırış ünvanına FHN Dövlət Yanğından Mühafizə Xidmətinin İsmayıllı Rayon Yanğından Mühafizə Hissəsinin müvafiq qüvvələri cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən vətəndaş Kazımov Əbülfəz Həsən oğluna məxsus fərdi yaşayış evinin qarşısındakı talvarın yağan qarın ağırlığına tab gətirməyərək çökməsi nəticəsində evin giriş-çıxışının bağlanması və evdə 2 nəfərin köməksiz vəziyyətdə qalması müəyyən edilib. Toyuqlu pizza

Yanğınsöndürən-xilasedicilər tərəfindən müxtəlif avadanlıqlardan istifadə olunmaqla fərdi yaşayış evinə bitişik tikilmiş ümumi sahəsi 35 kv.m olan talvar sökülərək evə giriş-çıxış bərpa olunub və evin sahibi və həyat yoldaşı xilas olunub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!