İsmayılovlar ailəsinin həbs tarixçəsi: Anası, bacısı və... 

saytların hazırlanması

Evə çatdırılma

İsmayılovlar ailəsinin həbs tarixçəsi: Anası, bacısı və... 

Şou

16 Avqust 2025 18:41 69512


Müğənni Rəqsanə İsmayılova həbs edilib. 

Yenisabah.az xəbər verir ki, bu, ifaçı barədə yayılan belə xəbərlərin artıq üçüncü halıdır. Daha əvvəl 2024-cü il aprelin 4-də onun həbs olunduğu iddia edilsə də, müğənni həmin xəbərləri təkzib edərək yalan olduğunu açıqlamışdı. 

Oxşar xəbərlər 2023-cü ilin 10 aprel tarixində də gündəmə gəlmiş, lakin təsdiqini tapmamışdı. pizza sifarişi

Qalmaqallı həbs xəbərləri yalnız müğənni ilə bağlı olmayıb. 2007-ci il avqustun 28-də Rəqsanə İsmayılovanın anası Adilə Həsənova və bacısı Ellada İsmayılova insan alveri ittihamı ilə həbs edilmişdi.

Daha sonra, 2014-cü il mayın 30-da isə ifaçının bacısı oğlanları - Tural, Turan və İlqar Səfərovlar polis tərəfindən saxlanılmışdı. Onların həbsinə səbəb Çermet qəsəbəsində, 93 saylı məktəbin qarşısında avtoxuliqanlıq edən sürücü ilə qəsəbə sakinləri arasında baş verən davada iştirakları göstərilmişdi.

Qeyd edək ki, adıçəkilən qardaşlar Rəqsanə İsmayılovanın əvvəl həbsdə olan bacısı Ellada İsmayılovanın övladlarıdır.

Aydan Hacı 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • İnayət
    Noldu ki bunlar elə ailəvi hamısı cinayətkar oldu məncə bu şər böhtandı bəlkə vergi ödəmir onun üçün bu cinayətlə ittiham olunur Rəqsanə İsmayılova
    9 months ago