Növbəti mövsüm Çempionlar Liqasında İspaniyanın 5 klubu mübarizə aparacaq.
Yenisabah.az xəbər verir ki, bu, Avropa iqasının 1/4 finalının cavab oyunlarından sonra dəqiqləşib.
"Latsio" "Budo Qlimt"ə penaltilər seriyasında uduzub və mübarizəni dayandırıb. Bu da İspaniyaya Avropa Liqasında əlavə yer verib. Dominos pizza
İspaniya 23,250 əmsalla UEFA reytinqində 2-ci, İtaliya isə 21,187 əmsalla 3-cüdür. Cari avrokubok mövsümündə “İnter” və “Fiorentina”nın gələcək çıxışlarından asılı olmayaraq, İtaliya İspaniyanı ötə bilməyəcək.
Bu mövsüm İspaniya təmsilçilərindən "Barselona" (Çempionlar Liqası), "Atletik" (Avropa Liqası) və "Betis" (Konfrans Liqası) avrokubokların yarımfinallarına yüksəliblər.
Daha əvvəl İngiltərə də növbəti mövsüm üçün Çempionlar Liqasında 5 yeri təmin edib.
Telegram kanalımız