İsrafil Aşurlu zirvəyə qalxdı

saytların hazırlanması

Evə çatdırılma

İsrafil Aşurlu zirvəyə qalxdı

İdman

22 May 2019 17:59 1760


Mayın 22-də Nepal vaxtı ilə səhər saat 6-da İsrafil Aşurlu, Aleksandr Telnov və Zakra Larokdan ibarət alpinist üçlüyü dünyanın ən yüksək zirvələrindən biri Lhotzeyə (8516 metr) qalxıb. 

Gecə 7800 metr yüksəklikdəki həmlə düşərgəsindən çıxan alpinistlər zirvəyə səhər saat 6-da çatıblar. Saat 10-a yaxın alpinistlər həmlə düşərgəsindən geri dönüblər və hazırda dincəlirlər. Alpinistlərin baza düşərgəsinə (5600 metr) sabah dönəcəkləri gözlənilir.

Qeyd edək ki, bu, Azərbaycandan olan alpinistlərin həmin səkkizminliyə ilk ekspedisiyasıdır. İndiyədək İsrafil Aşurlu dünyanın ən yüksək zirvəsi Everestə (8848 m.) və Kantencanqaya (8596 m.) qalxıb. pizza sifarişi

İdman ustası İsrafil Aşurlu Azərbaycan Alpinist Klubunun təsisçisidir. Bundan öncə Azərbaycan Alpinizm Federasiyasına rəhbərlik edib.

Turan

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!