İsrail Ordusu: “Hizbullah”ın artilleriya qərargahı məhv edilib

saytların hazırlanması

Evə çatdırılma

İsrail Ordusu: “Hizbullah”ın artilleriya qərargahı məhv edilib

Dünya

30 May 2026 19:58 37


İsrailin Müdafiə Ordusu Livanda radikal "Hizbullah" qruplaşmasının artilleriya qərargahını məhv edib.

"Yeni Sabah" xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

"İsrailin Müdafiə Ordusu Livanın cənubundakı Şmaeli rayonunda "Hizbullah" təşkilatının artilleriya qərargahına hücum edərək onu məhv edib. Hücumdan sonra binanın daxilində silahların olduğunu göstərən təkrar partlayışlar qeydə alınıb. Zərbə rayonda terrorçu qruplaşmaların olması barədə məlumat daxil olduqdan sonra endirilib", - məlumatda qeyd olunur. Dominos pizza

Bu gün İsrail Ordusu həmçinin Livandan İsrail istiqamətinə raketlərin atıldığını, onlardan bəzilərinin zərərsizləşdirildiyini, digərlərinin isə heç bir ziyan vurmadan boş ərazilərə düşdüyünü bildirib.

İsrail Ordusundan həmçinin qeyd olunub ki, "Hizbullah" hərəkatının, xüsusilə İsrailin şimalına yönəlik zərbələrini intensivləşdirə biləcəyi ehtimalına qarşı hazırlıq görülür.

"İsrail Ordusunun Livanın cənubundakı əməliyyatlarını genişləndirməsindən sonra, mövcud vəziyyətin qiymətləndirilməsinə uyğun olaraq, Livan ərazisindən törədilə biləcək mümkün zərbələrə, xüsusən ölkənin şimal bölgəsinə qarşı hazırlıq işləri aparılır", - bəyanatda vurğulanıb./Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!