Zelenskidən yeni sanksiyalar: Siyahıya İran vətəndaşları da daxil edildi

saytların hazırlanması

Evə çatdırılma

Zelenskidən yeni sanksiyalar: Siyahıya İran vətəndaşları da daxil edildi

Dünya

30 May 2026 18:58 112


Ukrayna Prezidenti Volodimir Zelenski Milli Təhlükəsizlik və Müdafiə Şurasının Rusiyaya qarşı tətbiq etdiyi yeni sanksiyalar paketini təsdiqləyən fərman imzalayıb.

"Yeni Sabah" xəbər verir ki, dövlət başçısının rəsmi saytında dərc olunan sənədə əsasən, Ukrayna bu addımı ilə öz sanksiyalarını Avropa İttifaqının qərarları ilə uyğunlaşdırıb. Qüvvəyə minən yeni məhdudiyyətlər ümumilikdə 120 fiziki şəxsə və təşkilata şamil edilir.

Ukraynanın tətbiq etdiyi yeni sanksiyalarına 16 Rusiya vətəndaşı və şirkətləri, həmçinin Belarus, İran, BƏƏ, eləcə də digər ölkələrdən olan 31 şirkət məruz qalıb. Bundan əlavə, sanksiyalar 19 İran vətəndaşını və 7 Sudan vətəndaşını əhatə edib. pizza mizza

Xatırladaq ki, aprelin ayının 17-də Volodimir Zelenski Rus Pravoslav Kilsəsinin nümayəndələrinə qarşı Milli Təhlükəsizlik və Müdafiə Şurasının sanksiyalarını tətbiq edib. Siyahıya doqquz dini xadim daxil edilib./Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!