“Qarabağ” rəhbərliyindən Qurban Qurbanovla bağlı   MÜHÜM QƏRAR - Klubdan gedir?

saytların hazırlanması

Evə çatdırılma

“Qarabağ” rəhbərliyindən Qurban Qurbanovla bağlı MÜHÜM QƏRAR - Klubdan gedir?

İdman

30 May 2026 18:26 179


Qurban Qurbanovun axır vaxtlar "Qarabağ" klubundan ayrılacağı ilə bağlı barəsində yayılan müxtəlif söz-söhbətlərə son qoyulub.

"Yeni Sabah" Sportinfo.az-a istinadən xəbər verir ki, adı "Beşiktaş" da daxil, Türkiyə, Rusiya və Avropadan bir neçə klubla yanaşı hallanan baş məşqçi karyerası ilə bağlı növbəti mühüm qərarı verib.

Qeyd edilib ki, o, qarşıdakı üç ili də Ağdam klubunda keçirəcək. Pepperoni pizza

2008-ci ildən "köhlən atlar"ı çalışdıran təcrübəli mütəxəssis klubu ilə 2029-cu ilədək müqavilə imzalayıb. Yeni kontrakta əsasən, "Qarabağ" Qurbanovun əməkhaqqısını da artırıb.

Xatırladaq ki, Q.Qurbanov "Qarabağ"ı 13 dəfə ölkə çempionu edib, 6 dəfə ölkə kubokunu başı üzərinə qaldırıb.

Bu mövsüm ikinci dəfə Çempionlar Liqasında iştirak hüququ əldə edən kollektiv pley-off mərhələsinə qədər yol gedib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!