Siyəzəndə sel körpünü dağıtdı: Kiçik Həmyə kəndinə gedən əsas yol bağlandı

saytların hazırlanması

Evə çatdırılma

Siyəzəndə sel körpünü dağıtdı: Kiçik Həmyə kəndinə gedən əsas yol bağlandı

Hadisə

30 May 2026 15:17 252


Ötən gündən etibarən ölkə ərazisində davam edən qeyri-sabit hava şəraiti fəsadsız ötüşməyib.

"Yeni Sabah" xəbər verir ki, Siyəzənin rayon mərkəzini Kiçik Həmyə kəndi ilə birləşdirən körpünü sel dağıdıb.

Güclü sel nəticəsində körpü tamamilə uçub. Nəticədə Siyəzən rayonunun Kiçik Həmyə kəndinə gedən əsas yolu bağlanıb. Dominos pizza

Sakinlər məcburiyyətdən alternativ yollardan istifadə etməyə çalışırlar.

Körpünün uçması sakinlərin hərəkətinə maneə yaradır, məktəb və gündəlik gediş-gəliş baxımından kənd sakinləri çətin vəziyyətlə üzləşiblər./Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!