İsrail Qəzzada yenə itki verdi: 574 oldu... 

saytların hazırlanması

Evə çatdırılma

İsrail Qəzzada yenə itki verdi: 574 oldu... 

Dünya

19 Fevral 2024 09:46 639


Qəzza sektorunda vəziyyətin gərginləşdiyi oktyabrın 7-dən bəri HƏMAS hərəkatı ilə döyüşlərdə İsrail ordusunun ümumi itkiləri 574 nəfərə çatıb. 

Yenisabah.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin mətbuat xidmətinin rəsmi məlumatında deyilir. 

Son məlumatlara görə, daha bir İsrail əsgəri səhər saatlarında Qəzza zolağının cənubunda radikal HƏMAS hərəkatı ilə döyüşlərdə həlak olub. Beləliklə, Qəzza sektorunda yerüstü əməliyyatlar başlayandan bəri həlak olan İsrail hərbçilərinin sayı 236 nəfərə çatıb.  pizza hut

Xatırladaq ki, oktyabrın 7-də HƏMAS qruplaşması İsrailin nəzarətində olan ərazilərə hücum edib. Buna cavab olaraq İsrail ordusu Qəzzada hərbi əməliyyatlara başlayıb. Noyabrın 24-də Misir və Qətərin vasitəçiliyi ilə HƏMAS və İsrail arasında dördgünlük humanitar atəşkəs əldə olunub. Razılaşmaya əsasən, İsrail həbsxanalarındakı fələstinli yeniyetmə və qadınların azad edilməsi müqabilində Qəzza sektorunda saxlanılan bir qrup girov azadlığa buraxılıb. Sonradan atəşkəs rejimi eyni şərtlərlə daha iki gün uzadılıb. Dekabrın 1-də İsrail ordusu HƏMAS-ı atəşkəsi pozmaqda ittiham edərək Qəzzada yenidən hərbi əməliyyatlara başlayıb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!