İsrail Tehrana yeni zərbələr endirdi - YENİLƏNDİ

saytların hazırlanması

Evə çatdırılma

İsrail Tehrana yeni zərbələr endirdi - YENİLƏNDİ

Dünya

29 Mart 2026 11:19 379


İsrail Müdafiə Ordusu (SAXAL) İranın paytaxtı Tehrana yerləşən müvəqqəti komanda məntəqələrinə və silah istehsalı müəssisələrinə növbəti zərbələr dalğasının endirildiyini açıqlayıb.

Bu barədə "Yeni Sabah" SAXAL-ın mətbuat xidmətinə istinadən xəbər verir.

Məlumata görə, əməliyyat çərçivəsində əsasən hərbi təyinatlı obyektlər hədəfə alınıb. Buraya ballistik raketlərin istehsalı və saxlanılması mərkəzləri, hava hücumundan müdafiə (HHM) sistemləri və strateji müşahidə məntəqələri daxildir. Pepperoni pizza

İsrail hərbi rəhbərliyi zərbələrin dəqiq koordinatlarla həyata keçirildiyini və hərbi hədəflərin uğurla vurulduğunu bildirib.

***

08:32

İran paytaxtında ard-arda bir neçə güclü partlayışın baş verdiyi bildirilir.

"Yeni Sabah" xəbər verir ki, bu barədə "Fars" agentliyi məlumat yayıb.

Agentliyin məlumatına görə, Tehran şəhərində bir neçə güclü partlayış qeydə alınıb. Bildirilir ki, partlayışlardan bəziləri SEPAH obyektlərindən birinin yaxınlığında baş verib.

Məlumata əsasən, iki partlayış şəhərin cənub hissəsində qeydə alınıb, eyni zamanda paytaxtın qərb sektorunda da güclü partlayış səsləri eşidilib.

Hadisə nəticəsində dəymiş ziyan və ya xəsarət alanlar barədə hələlik məlumat verilməyib.(Teleqraf)


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!