İsraildə azərbaycanlılar əsir götürülüb? - XİN-dən REAKSİYA

saytların hazırlanması

Evə çatdırılma

İsraildə azərbaycanlılar əsir götürülüb? - XİN-dən REAKSİYA

Maraqlı

16 Oktyabr 2023 16:39 317


Mətbuatda oktyabrın 7-də HƏMAS və İslami Cihad qruplaşmalarının İsrailə hücumu zamanı vətəndaşları öldürülən, əsir və itkin düşən ölkələrin siyahısı dərc olunub. 

İddiaya görə, İsraildə 3 azərbaycanlı qətlə yetirilib, 14 nəfər itkin düşüb, 1 nəfər isə girov götürülüb. Siyahıda göstərilən vətəndaşların sayı ilə bağlı bəzi məlumatlar ölkələrin rəsmi statistikasına uyğun gəlmir.

 Azərbaycan Xarici İşlər Nazirliyi 7 nəfər azərbaycan əsilli şəxsin həlak olması barədə xəbər yayıb.   Toyuqlu pizza

Girov götürülən azərbaycanlıların olub-olmaması isə bağlı Azərbaycan Xarici İşlər Nazirliyinin sözçüsü Ayxan Hacızadə bildirib ki, bununla bağlı informasiya həqiqəti əks etdirmir:

“Azərbaycanlıların İsraildə girov götürülməsi ilə bağlı məlumat öz təsdiqini tapmayıb. Bununla bağlı Azərbaycanın İsraildəki səfirliyinə tapşırıq verilib, araşdırma aparılır. Hələlik məlumat yoxdur”. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!