İsraildə olan Samirə ağladı: “Tək istəyim Bakıya qayıtmaqdır” - Video

saytların hazırlanması

Evə çatdırılma

İsraildə olan Samirə ağladı: “Tək istəyim Bakıya qayıtmaqdır” - Video

Şou

08 Oktyabr 2023 14:22 1166


Tel-Əvivə konsertə gedən “Avroviziya” təmsilçilərimizdən olan Samirə Əfəndi ailəsi ilə birlikdə orada qalıb.

Yenisabah.az xəbər verir ki, müğənni sosial şəbəkədə canlı yayım açaraq orada yaşadıqlarını danışıb.

Kövrələn müğənni bu gün Bakıya qayıtmaq üçün bilet aldıqlarını deyib: Dominos pizza

“Videolara baxırıq, dəhşətdir. Bir də təsəvvür edin burada nələr olur. İnsanlar qışqırır, qaçır, ağlayır. Bu gün üçün bilet almışıq, deyirlər uçuş təxirə salınmayıb. Tək istəyim Bakıya qayıtmaqdır”.

Qeyd edək ki, İsrail ərazisi Qəzza zolağından raket atəşinə tutulub. Qəzza zolağına nəzarət edən HƏMAS hərəkatı İsrailə qarşı genişmiqyaslı hərbi əməliyyata başladığını və İsrailə 5000 raket atıldığını bildirib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!