İsraildə səfirliyin açılması əməkdaşlığımızı gücləndirəcək - Hikmət Hacıyev

saytların hazırlanması

Evə çatdırılma

İsraildə səfirliyin açılması əməkdaşlığımızı gücləndirəcək - Hikmət Hacıyev

Siyasət

17 Yanvar 2023 13:46 588


Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev İsrail Xarici İşlər Nazirliyinin yüksək səviyyəli rəsmilərini qəbul edib.

Yenisabah.az xəbər verir ki, bu barədə Hikmət Hacıyev tvitter hesabında məlumat paylaşıb.

Hikmət Hacıyev İsrail XİN-in siyasi direktoru Aliza Bin Noun və XİN-in Baş direktorunun müavini, strateji məsələlər şöbəsinin müdiri, səfir Coşua Zarkanı qəbul edib. pizza hut

“Nobel Qardaşlarının Ev-Muzeyində Aliza Bin Noun və Coşua Zarkanı salamlamağa və ölkələrimiz arasında ikitərəfli tərəfdaşlıq, qarşılıqlı maraq doğuran regional məsələlər barədə geniş müzakirə aparmağa şadam. Azərbaycanın İsraildə səfirliyinin açılması əməkdaşlığımızı daha da gücləndirəcək”, - H.Hacıyev qeyd edib.

Görüşdə Azərbaycanın İsrailə təyin etdiyi səfir Muxtar Məmmədov da iştirak edib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!