İsraildəki Azərbaycan diasporu beynəlxalq təşkilatlara müraciət etdi

saytların hazırlanması

Evə çatdırılma

İsraildəki Azərbaycan diasporu beynəlxalq təşkilatlara müraciət etdi

Siyasət

27 Yanvar 2023 20:10 650


“Azİz” İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyası Azərbaycanın Tehrandakı səfirliyinə qarşı terror hücumu ilə bağlı beynəlxalq təşkilatlara müraciət edib.

Yenisabah.az xəbər verir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Bəyanatda yanvarın 27-də baş vermiş hadisə İran xüsusi xidmət orqanlarının təşkil etdiyi terror aktı kimi qiymətləndirilib, bu olayın məntiqə və insanlığa sığmadığı vurğulanıb. Marqarita pizza

Terror aktı nəticəsində həlak olan səfirlik əməkdaşına görə Azərbaycan xalqıa başsağlığı verən “Azİz” assosiasiyası dünya ictimaiyyətini və beynəlxalq təşkilatları regionda baş verənlərlə bağlı ədalətli mövqe tutmağa, insanlıq əleyhinə cinayətlərin törədilməsinə qarşı mübarizə aparmağa, hüquqi-siyasi müstəvidə təcili tədbirlər görməyə çağırıb.

Xatırladaq ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycanın İrandakı səfirliyinə terror hücumu olub. Terroru törədən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Yaralıların vəziyyəti qənaətbəxşdir.

Terroru törətmiş şəxs Azərbaycan səfirliyinin əməkdaşı tərəfindən saxlanılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!